Türkiyənin “Azov Concord” gəmisi Ukraynanın Mariupol limanını tərk edən ilk xarici gəmi olub

Türkiyənin “Azov Concord” gəmisi Rusiya ilə Ukrayna arasında böhran başladıqdan indiyədək Ukraynanın Mariupol limanını tərk edən ilk xarici gəmi olub.

1846929
Türkiyənin “Azov Concord” gəmisi Ukraynanın Mariupol limanını tərk edən ilk xarici gəmi olub

Türkiyənin “Azov Concord” gəmisi Rusiya ilə Ukrayna arasında böhran başladıqdan indiyədək Ukraynanın Mariupol limanını tərk edən ilk xarici gəmi olub.

Prezident Rəcəb Tayyib Ərdoğanın qida böhranı probleminin həlli istiqamətində həyata keçirdiyi diplomatik səylər, verdiyi göstərişlər əsasında milli müdafiə naziri Hulusi Akarın Rusiya və Ukraynanın müdafiə nazirləri Sergey Şoyqu ve Oleksey Reznikov ile keçirdiyi görüşlərin ardından Türkiyə, Rusiya və Ukrayna arasındakı “qırmızı xətt” diplomatiyası müsbət nəticələr verməyə başlayıb.

Bu çərçivədə Türkiyənin Milli Müdafiə Nazirliyinin hərbi heyəti iyunun 21-də Rusiyaya səfər edib. Səfərin əsas məqsədi Ukrayna limanlarındakı taxıl yüklü ticarət gəmilərinin təxliyəsi, Borispol hava limanında qalan Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi təyyarələrin təhlükəsiz şəkildə Türkiyəyə çatdırılması kimi məsələləri müzakirə etməkdir.

Paytaxt Moskvada “qırmızı xətt” diplomatiyası çərçivəsində təyin olunmuş türk və rus generalların başçılıq etdiyi hərbi nümayəndə heyətlərinin görüşünün konstruktiv və çox müsbət atmosferdə keçdiyi bildirilir.

Moskvadakı görüş özünün ilk konkret nəticəsini verib. Uzun sürən görüşün bitməsindən cəmi bir neçə saat sonra günlərlə gözləyən Türkiyəyə məxsus quru yük gəmisi Ukrayna limanını tərk edib. Türkiyənin “Azov Concord” gəmisi Rusiya ilə Ukrayna arasında böhran başladıqsan indiyədək Ukraynanın Mariupol limanını tərk edən ilk xarici gəmi olub.

Bu kontekstdə Ukrayna və BMT tərəflərinin görüşlərinin ardından yaxın həftələrdə danışıqların dördlük şəklində Türkiyədə keçirilməsi gözlənilir.



Әlaqәli Xәbәrlәr