TRT Balkan Rəqəmsal Xəbər Platforması üçün təqdimat proqramı keçirilib

Şimali Makedoniyanın paytaxtı Üsküpdə Türkiyə Radio və Televiziya Qurumunun (TRT) Balkan Rəqəmsal Xəbər Platforması üçün təqdimat proqramı keçirilib.

1846074
TRT Balkan Rəqəmsal Xəbər Platforması üçün təqdimat proqramı keçirilib

Şimali Makedoniyanın paytaxtı Üsküpdə Türkiyə Radio və Televiziya Qurumunun (TRT) Balkan Rəqəmsal Xəbər Platforması üçün təqdimat proqramı keçirilib.
Köhnə Üsküp Mustafa Çarşısı Kurşunlu Handa təşkil edilən proqrama Türkiyənin Üsküp səfiri Hasan Mehmet Sekizkök, TRT-nin İdarə Heyətinin sədri Əhməd Albayrak, TRT-nin baş direktoru Mehmet Zahid Sobacı, TRT-nin baş direktor müavinləri Ömər Faruk Tanrıverdi, Məhəmməd Ziyad Varol, Fethi Fahri Kaya, Mustafa Malkoçla yanaşı, siyasətçilər, Türkiyənin ölkədəki qurum və təşkilatlarının nümayəndələri və qonaqlar qatılıb.

Proqram çərçivəsində TRT Balkan tərəfindən hazırlanan tanıtım videoları və müsahibələr nümayiş etdirilib.

TRT baş direktoru Sobacı burada etdiyi çıxışda, könül coğrafiyalarında xüsusi yeri olan Rumeli, Evladı-ı Fatihan diyarı ( Rumelinin fəthi zamanı Anadoludan köç etdirilib bu bölgədə yerləşdirilən türkləri ifadə edir) Üsküpdə olmaqdan məmnun olduğunu dilə gətirərək, Şimali Makedoniya başda olmaqla Balkan coğrafiyası ilə Türkiyənin güclü əlaqələrinin hər şeydən əvvəl möhkəm könül bağından yarandığını qeyd edib.

TRT-nin Balkanlardakı etnik mozaika və mədəni zənginliyin bir parçası olan soydaşlarımız üçün vətəndən gələn səs və bir nəfəs olduğunu ifadə edən Sobacı, TRT-yə göstərilən bu təvəccöhün qarşılıqsız qalmaması üçün əllərindən gələni etdiklərini söyləyib.

TRT Haber, TRT Avaz və TRT Türk kimi televiziya kanalları vasitəsilə bölgədən xəbərləri ekranlara çatdırmaqla yanaşı, sözlərini belə davam etdirən Sobacı deyib:

"İndi biz TRT Balkan rəqəmsal xəbər platformamızı əlavə etməklə Türkiyənin 41 dil və dialektdə, o cümlədən regional dillərdə yayımlarına yeni bir ölçü qatırıq. Keçən həftə Ankarada keçirdiyimiz açılışla TRT Balkan rəqəmsal xəbər platformamız yayıma başladı.  İnanıram ki, əlaqələr daha da güclənəcək və bölgədə jurnalistika sahəsinə yeni nəfəs gələcək. TRT Balkan Balkan dillərindəki yayımları ilə daxildən bir səs olmaqla yanaşı, bölgənin həm Türkiyəyə, həm də dünyaya açılan yeni pəncərəsi olacaq. Platformamız eyni zamanda ürəyinin bir hissəsini buralarda qoyaraq, Anadoluya köç edən və Balkanları maraqla təqib edən yüz minlərlə Rumeli mühaciri tərəfindən də izlənəcək".

Balkanların əsrlər boyu qardaşcasına həyata qucaq açan bir coğrafiya olduğuna diqqət çəkən Sobacı Balkanların qədim şəhəri Üsküpdə türklər, makedonlar, albanlar və bosniyalıların bir yerdə yaşadığını vurğulayıb.

Səfir Sekizkök də bir dünya markası olan TRT-nin jurnalistika və yayım sahəsindəki bilik, təcrübə və keyfiyyətini yeni bir sıçrayışla Balkanlara çatdırmasını qeyd etmək üçün bir araya gəldiklərini söyləyib.

Çıxışlardan sonra Balkan türküləri konsert proqramı təşkil edilib.

Bölgə əhalisini və bölgəni narahat edən məsələləri qlobal miqyasda işıqlandırmaq məqsədi ilə yayıma başlayan yeni rəqəmsal xəbər platforması TRT Balkan Makedoniya, Alban, Bosniya, Xorvat və Serb dillərində yayımlanacaq.

TRT Balkan bu dillərdə danışan 30 milyondan çox insana müraciət edəcək.



Әlaqәli Xәbәrlәr