Ərdoğan və Conson Rusiya-Ukrayna müharibəsini müzakirə edib

Prezident Rəcəb Tayyib Ərdoğan İngiltərə Baş naziri Boris Conson ilə görüşüb.

1846384
Ərdoğan və Conson Rusiya-Ukrayna müharibəsini müzakirə edib

Prezident Rəcəb Tayyib Ərdoğan İngiltərə Baş naziri Boris Conson ilə görüşüb.

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin açıqlamasında Prezident Ərdoğanın İngiltərə Baş naziri Conson ilə telefon danışığı apardığı bildirilib.

Görüş zamanı regional məsələlər, o cümlədən Türkiyə-Birləşmiş Krallıq əlaqələri, xüsusilə müdafiə sənayesi sahəsində əməkdaşlıq, 24 fevraldan bəri davam edən Rusiya-Ukrayna müharibəsi müzakirə edilib.

Prezident Ərdoğan görüşdə Ukraynadakı taxılın ölkədən təhlükəsiz çıxarılması üçün həll yolu tapılmasının vacibliyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr