“Türkiyə Balkanların 90-cı illərə dönməsinin qarşısını almağa çalışır”, M.Çavuşoğlu

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Türkiyə Balkanların 90-cı illərin qara günlərinə qayıtmasının qarşısını almaq üçün hər cür səy göstərir

1845371
“Türkiyə Balkanların 90-cı illərə dönməsinin qarşısını almağa çalışır”, M.Çavuşoğlu
Donika Gervalla-Schwarz-Cavusoglu.jpg
cavusoglu kosova.jpg

 

  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Türkiyə Balkanların 90-cı illərin qara günlərinə qayıtmasının qarşısını almaq üçün hər cür səy göstərir.

  Rəsmi səfərə getdiyi Kosovoda baş nazirin müavini, xarici işlər və diaspora naziri Donika Qervalla-Şvarts (Donika Gervalla-Schwarz) ilə təkbətək və heyətlərarası görüşlərdən sonra təşkil edilən ortaq mətbuat konfransında çıxış edən M.Çavuşoğlu deyib: “İkitərəfli əlaqələri hər sahədə inkişaf etdirmək istəyirik.

  Qlobal və regional hadisələri, bunların bölgəyə, Balkanlara, Kosovoya və Türkiyəyə təsirlərini dəyərləndirdik, fikir mübadiləsi apardıq.

  Bu gün bizim də Kosovonun suverenliyi, ərazi bütövlüyü və siyasi birliyinə dəstəyimizi bir daha yeniləmək imkanımız oldu. Biz Kosovonun dövlət institutlarının güclənməsinə, regional və beynəlxalq inteqrasiyasına əhəmiyyət veririk. Türkiyə olaraq Kosovonun Avro-Atlantik qurumlarına üzvlük perspektivini dəstəkləyirik.

  Kosovoda Fətullahçı Terror Təşkilatının (FETÖ) varlığı münasibətlərimiz qarşısındakı ən böyük problemdir. FETÖ Türkiyədə olduğu kimi, Kosovoda da eyni strategiyanı tətbiq edir, bunları görürük. Bir tərəfdən gəncləri zəhərləməyə davam edir, bir tərəfdən də mediaya sərmayələrini artırır, bir tərəfdən də dövlət qurumlarına sızma cəhdlərinə eyni şəkildə davam edirlər. Onların başqa ölkələrdə və qardaş Kosovodakı dostlarla da etdiyini görmək Türkiyə olaraq bizim üçün üzücüdür.

  Balkanlarda gərginliyin artdığını görürük. Türkiyə olaraq dəfələrlə demişik ki, bölgənin 90-cı illərin qara günlərinə qayıtmasına imkan verməyəcəyik. Bunun üçün hər cür işi görürük. Bölgənin bütün ölkələri ilə yaxşı münasibətləri olan, hər kəslə danışa bilən bir ölkə olaraq bu istiqamətdə səylərimizi davam etdirəcəyik. Diplomatiyanı ön plana çıxarırıq. Dialoq regiondakı sülh və sabitlik üçün son dərəcə vacibdir".

 



Әlaqәli Xәbәrlәr