Türkiyәnin XİN rәhbәri Xorvatiya Baş naziri ilә görüşüb

Bu barәdә Mövlud Çavuşoğlu rәsmi internet sәhifәsindә paylaşım edib.

1845084
Türkiyәnin XİN rәhbәri Xorvatiya Baş naziri ilә görüşüb

Xorvatiyanın paytaxtı Zaqrebdә görüşlәr keçirәn Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu bu ölkәnin Baş naziri Andrej Plenkoviçlә bir araya gәlib.

Bu barәdә Mövlud Çavuşoğlu rәsmi internet sәhifәsindә paylaşım edib.

‘‘Xorvatiya Baş naziri ilә iqtisadi әmәkdaşlığımızı, Ukrayna vә Bosniya vә Herseqovinadakı proseslәri müzakirә etdik’’,-deyә Mövlud Çavuşoğlu bildirib.

Mәlumata görә, Mövlud Çavuşoğlu Plenkoviçlə keçirdiyi görüşdәn sonra Bosniya və Herseqovinaya sәfәr edib.

Bosniya vә Herseqovinaya etdiyi  sәfәrlә bağlı da paylaşım edәn Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu  deyib: ‘‘Biz birliyini, sabitliyini və ərazi bütövlüyünü hər zaman dəstəklədiyimiz qardaş Bosniya və Herseqovinanın paytaxtı Sarayevodayıq”.



Әlaqәli Xәbәrlәr