Şimali Makedoniyaya sәfәr edәn Mövlud Çavuşoğlu ikitәrәfli görüşlәr keçirib
Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu Şimali Makedoniyada görüşlәr keçirib.
Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu Şimali Makedoniyada görüşlәr keçirib.
Mövlud Çavuşoğlu sәfәr çәrçivәsindә Şimali Makedoniyanın Ohrid şəhərində keçirilən Prespa Dialoq Forumunda iştirak edib.
Xarici işlər naziri Avropa Parlamentinin (AP) üzvü və Avropa Liberallarının həmsədri İlhan Küçük Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq ilə ikitərəfli görüşlər keçirib.
Xorvatiya prezidenti Zoran Milanoviçlə də görüşən Çavuşoğlu Türkiyə-Xorvatiya münasibətlərini, Bosniya vә Herseqovinadakı vəziyyəti və 24 fevraldan bəri Rusiyanın hücumuna məruz qalan Ukraynadakı son hadisələri qiymətləndirib.
Mövlud Çavuşoğlu forum çərçivəsində Monteneqronun baş nazirinin müavini və investisiya naziri Ervin İbrahimoviç ilə də görüşüb.
Türkiyə ictimaiyyətinin nümayəndələri ilə də görüşən Mövlud Çavuşoğlu rәsmi ‘‘Twitter’’ sәhifәsindә etdiyi paylaşımda bu ifadәlәrә yer verib: “Şimali Makedoniyanın mədəni və iqtisadi zənginliyinə mühüm töhfələr vermiş Türk Birliyinin nümayəndələri ilə bir araya gəldik. Biz hər zaman ölkələrimiz arasında dostluq körpüsü olan soydaşlarımızın yanında olacağıq”.
Әlaqәli Xәbәrlәr
“Pontus iddiaları” Türkiyə-Yunanıstan münasibətlərinə xələl gətirmək məqsədi daşıyır
Türkiyə Xarici İşlər Nazirliyi verdiyi yazılı açıqlamada bildirib ...
Türkiyə prezidenti sosial media ilə də İrana başsağlığı verdi
Sosial media hesabından paylaşdığı mesajda R.T.Ərdoğan yazıb ...