Mövlud Çavuşoğlu terror təşkilatı PKK-nın İsveçdəki fəaliyyətlətlərinə toxunub

Xarici işlər naziri Mövlud Çavuşoğlu bölücü terror təşkilatı PKK-nın İsveçdəki hərəkətləri ilə əlaqədar açıqlama verib.

1844986
Mövlud Çavuşoğlu terror təşkilatı PKK-nın İsveçdəki fəaliyyətlətlərinə toxunub

Xarici işlər naziri Mövlud Çavuşoğlu bölücü terror təşkilatı PKK-nın İsveçdəki hərəkətlərinə toxunaraq, "Bu, İsveç qanunlarının və hakimiyyət orqanlarının terrorla mübarizədə nə qədər zəif olduğunu göstərir” deyib.

Nazir Çavuşoğlu Xorvatiya səfəri çərçivəsində Zaqrebdə həmkarı Qordan Grlic-Radman ilə görüşdən sonra təşkil edilən birgə mətbuat konfransında danışıb.

Çavuşoğlu terror təşkilatı PKK-nın İsveçdəki hərəkətlərinin daha əvvəl də sosial mediada göründüyünü xatırladaraq deyib ki, bələdiyyə meri və səfirimiz bir yerdə idilər, səfirimiz dərhal soruşanda mer dedi ki, qətiyyən belə bir şey olmayıb. Biz səlahiyyətli şəxslərdən soruşanda dedilər ki, bundan xəbərləri yoxdur, amma bu gün isveç polisi belə bir hadisənin baş verdiyini bildirdi.

Bu, İsveç qanunlarının və orqanlarının terrorla mübarizədə nə qədər zəif olduğunu göstərir, digər tərəfdən bu terror təşkilatı PKK, adı üzərindədir terror təşkilatıdır, təkcə Türkiyəyə, bizə deyil, İsveçin milli maraqlarına da xələl gətirməyə çalışır. Xüsusən də İsveçin NATO-ya üzv olmaması üçün əlindən gələni edir, PKK-ya dəstək verən deputat var, İsveç hökumətini daim təhdid edir.

Biz bunu İsveçdə də görürük, İsveçin NATO-ya üzv olmasını istəməyən məmurlar, qurumlar var. Amma xüsusilə bu PKK terror təşkilatı YPG/PKK hər cür cəhdi göstərir, sanki girov götürülüb”.

İsveçin NATO üzvü olması üçün terrorla mübarizədə konkret addımlar görmək istədiklərini qeyd edən Çavuşoğlu "Bildiyiniz kimi, iki ölkəyə (Finlandiya və İsveç) üzvlük prosesi ilə bağlı sənədlər vermişik. Onlardan da məktublar gəldi. Sonra NATO-nun baş katibi içəri girdi, prezidentimizlə telefonla danışdılar və NATO baş katibinin aparat rəhbəri, administrasiya rəhbəri Ankaraya geldi. Sonra bir sənəd, üç nüsxədə imzalana biləcək bir sənəd göndərdilər. Biz bu sənədləri qeyri-kafi gördük, reaksiya göstərdiyimiz sənədimizi göndərdik. Bunun nəticəsində ancaq müzakirə davam edə bilər.

Xarici işlər nazirinin müavini səfir Sedat Önal və Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın bazar günü axşam Brüsselə gedəcək və NATO ilə bu sənədlə bağlı faəliyyət göstərəcək və həm NATO-ya, həm də bütün tərəflərə bu məsələdə qətiyyətimizi xatırladacğıq" deyib.



Әlaqәli Xәbәrlәr