Brüsseldә sәfәrdә olan Hulusi Akar ikitәrәfli görüşlәr keçirmәyә davam edir

Türkiyәnin milli müdafiә naziri Hulusi Akar NATO-ya üzv ölkәlәrin müdafiә nazirlәrinin iclası çәrçivәsindә görüşlәrini davam etdirir.

1844165
Brüsseldә sәfәrdә olan Hulusi Akar ikitәrәfli görüşlәr keçirmәyә davam edir

Türkiyәnin milli müdafiә naziri Hulusi Akar NATO-ya üzv ölkәlәrin müdafiә nazirlәrinin iclası çәrçivәsindә görüşlәrini davam etdirir.

Brüsseldә sәfәrdә olan Hulusi Akar Ukrayna vә İngiltәrә müdafiә nazirlәri ilә görüşüb.

Tәrәflәr arasında baş tutan görüşdә regional müdafiə və təhlükəsizlik məsələləri ilə bağlı məlumat mübadiləsi aparılıb, Ukraynadakı son hadisələr müzakirə edilib.

Bu çərçivədə Ukrayna limanlarında gözləyən taxılla yüklənmiş gəmilərin təhlükəsiz şəkildə ölkədən çıxarılması və A400M təyyarələrinin Türkiyəyə təhlükəsiz daşınmasının təmin edilməsi məsələləri də gündәmә gәlib.

Hulusi Akar Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze, Ukrayna müdafiə naziri Oleksii Reznikov, İtaliyanın müdafiə naziri Lorenzo Qerini və Almaniyanın müdafiə naziri Kristin Lambrext ilə də görüş keçirmişdi.

Görüşlərdə ikitərəfli və regional müdafiə və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılmışdı.

Hulusi Akar ABŞ-ın (ABŞ) təşəbbüsü ilə keçirilən və Ukraynadakı hadisələrin müzakirə edildiyi "Ukrayna Müdafiə Əlaqə Qrupu’’ iclasına da qatılmışdı.



Әlaqәli Xәbәrlәr