Çavuşoğlu: “PKK ilə YPG arasında heç bir fərq yoxdur, onlar eyni terror təşkilatıdır”

Xarici işlər naziri Mövlud Çavuşoğlu iyunun 13-də müxtəlif təmaslar keçirmək məqsədilə Diyarbəkir şəhərində olub.

1842592
Çavuşoğlu: “PKK ilə YPG arasında heç bir fərq yoxdur, onlar eyni terror təşkilatıdır”

Çavuşoğlu: “PKK ilə YPG arasında heç bir fərq yoxdur, onlar eyni terror təşkilatıdır”

Bunu xarici işlər naziri Mövlud Çavuşoğlu iyunun 13-də müxtəlif təmaslar keçirmək üçün getdiyi Diyarbəkir şəhərində deyib.
Mövlud Çavuşoğlu həmin çərçivədə övladları bölücü terror təşkilatı tərəfindən qaçırıldığı üçün Xalqların Demokratik Partiyasının (HDP) vilayət binası qarşısında min gündən artıqdır oturma aksiyası keçirən diyarbəkirli anaları ziyarət edib. 

Çavuşoğlu burada etdiyi çıxışda “Suriyada olanların adı PKK-lılardan fərqli olaraq YPG-dir. Beləliklə, 'biz onları terrorçu olaraq görmürük' deməyə çalışırlar. Hal-hazırda NATO-ya daxil olmaq istəyən hər iki ölkə eyni şeyi deməyə çalışır. Amma biz onlara deyirdik ki, PKK ilə YPG arasında heç bir fərq yoxdur, onlar eyni terror təşkilatıdır. Kürdlərin hüquqlarının nə olduğunu bilmək istəyirsinizsə, onların hansı haqları istədiklərini eşitmək istəyirsinizsə, Diyarbəkirdə bura gəlin, analarını, atalarını ziyarət edin. Əgər bizə inanmırsınızsa, birbaşa onlardan dinləyin” ifadələrindən istifadə edib.



Әlaqәli Xәbәrlәr