Türkiyәnin Milli Müdafiә Nazirliyi mәlumat yayıb

İraqın şimalında separatçı terror tәşkilatı PKK-nın üç üzvü dә zәrәrsizlәşdirilib.

1841496
Türkiyәnin Milli Müdafiә Nazirliyi mәlumat yayıb

İraqın şimalında separatçı terror tәşkilatı PKK-nın üç üzvü dә zәrәrsizlәşdirilib.

Milli Müdafiә Nazirliyi ‘‘Pәncә-Kilid’’ әmәliyyatı bölgәsindә 3 PKK terrorçunun zәrәrsizlәşdirildiyini açıqlayıb. Belәliklә bu bölgәdә zәrәrsizlәşdirilәn terrorçularının sayı 220-yә çatıb.

Nazirlikdәn verilәn açıqlamada deyilir: ‘‘Qәhraman Türkiyә Silahlı Qüvvәlәri terror tәşkilatı PKK-ya ağır zәrbәlәr endirmәyә davam edir. Uğurla davam etdirilәn ‘‘Pәncә-Kilid’’әmәliyyatı bölgәsindә üç PKK terrorçusu  da zәrәrsizlәşdirilib’’.

Xatırladaq ki, Türliyәnin milli müdafiә naziri Hulusi Akar 2022-ci ilin 18 aprel tarixindә İraqın şimalındakı Metina,Zap vә Avaşin-Basyan bölgәlәrindәki terrorçulara qarşı ‘‘Pәncә-Kilid’’ әmәliyyatına start verildiyini açıqlamışdı.



Әlaqәli Xәbәrlәr