Mövlud Çavuşoğlu Çexiyaya etdiyi sәfәrlә bağlı paylaşım edib
Çexiyaya rәsmi sәfәr edәn Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu paytaxt Praqada Türkiyә vәtәndaşları vә tәlәbәlәr tәrәfindәn qarşılanıb.
Çexiyaya rәsmi sәfәr edәn Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu paytaxt Praqada Türkiyә vәtәndaşları vә tәlәbәlәr tәrәfindәn qarşılanıb.
Mәlumata görә, qarşılama mәrasiminә Türkiyәnin Vyanadakı sәfiri Egemen Bağış da qatılıb.
Sәfәrlә bağlı rәsmi internet sәhifәsindә paylaşım edәn Mövlud Çavuşoğlu deyib: ‘‘İkitәrәfli münasibәtlәrimizi vә regional proseslәri qiymәtlәndirmәk vә 4-cü Asiya-Avropa Siyasi Forumuna qatılmaq üçün Praqa sәfәr etdim. Praqada türkiyәli tәlәbәlәr tәrәfindәn qarşılandığım üçün çox şadam. Dünyanın harasına getsək, dualarınızı və dəstəyinizi hiss edirik. Xalqımızla fəxr edirik!”.
Qeyd edәk ki, Mövlud Çavuşoğlu daha sonra Nümayəndələr Palatasının sədri Marketa Pekarova Adamova ilə də görüşüb.
Әlaqәli Xәbәrlәr
Türkiyə prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı oldu
Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə Əlaqələr Departamentinin məlumatına görə ...
Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır
Göndərilən tinglər Qarabağ və paytaxt Bakıda torpağa qovuşacaq