Fuat Oktay Avropa Parlamentinin Türkiyə hesabatına reaksiya verib

Vitse-prezident Fuat Oktay Avropa Parlamentinin (AP) 2021-ci il Türkiyə hesabatına reaksiya verib.

1840509
Fuat Oktay Avropa Parlamentinin Türkiyə hesabatına reaksiya verib

Vitse-prezident Fuat Oktay Avropa Parlamentinin (AP) 2021-ci il Türkiyə hesabatına reaksiya verib.

Oktay mövzu ilə bağlı "Anadolu" agentliyinə verdiyi açıqlamada deyib:

"2021-ci il Türkiyə hesabatında AP-nin Kıbrıs (Kipr) problemi ilə bağlı dayaz və uzaqgörən bəyanatları AP-nin Kıbrıs Rum İdarəsinin sözçüsü kimi çıxış etdiyinin yeni sübutudur. Əgər Avropa İttifaqı və AP Kıbrıs məsələsinin həllinə öz töhfəsini vermək istəyirsə  Kıbrıs xalqını yox saymaqdan vaz keçməli, Kıbrıs Türkünün suveren bəbarərliyini təsdiq etməli və 2004-cü ildə Kıbrıs Türk xalqı qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməlidir.

Kıbrısda iki ayrı xalq və dövlətin olduğuna diqqət çəkən Oktay "Kıbrıs Rumlarının 2004 və 2017-ci illərdə təxminən 50 ildir diqqəti yayındırma taktikası ilə rədd etdiyi model (federasiya) daha 50 il müzakirə olunmayacaq. Bu dəftər artıq bağlanıb" deyib.

AP-nin Türkiyə ilə bağlı hesabatında Kıbrıs danışıqlarının yenidən başlamasının və türk tərəfinin iki dövlətli həll təklifindən imtina etməsinin gözlənildiyi bildirilib.



Әlaqәli Xәbәrlәr