Venesuela prezidenti Nikolas Maduro Türkiyədə səfərdədir

Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə gələn Maduro rəhbərlik etdiyi nümayəndə heyəti ilə paytaxt Ankarada Anıtkabiri ziyarət edib.

1839766
Venesuela prezidenti Nikolas Maduro Türkiyədə səfərdədir

Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə gələn Maduro rəhbərlik etdiyi nümayəndə heyəti ilə paytaxt Ankarada Anıtkabiri (Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün mavzaleyi) ziyarət edib.

Atatürkün məqbərəsinə əklil qoyduqdan sonra Maduro rəhbərlik etdiyi nümayəndə heyəti ilə xatirə şəkli çəkdirib.

Anıtkabir xatirə dəftərini imzalayan Maduro “Bu böyük vətənin qurucusu Mustafa Kamalın qarşısında ehtiramımı bildirmək üçün gəldim” deyə yazıb.

Maduro ayrıca “Yaşasın Türkiyə, yaşasın Venesuela, yaşasın xilaskarlarımız” ifadəsini işlədib.

Maduronu səfər zamanı enerji və təbii sərvətlər naziri Fatih Dönmez müşayiət edib.

Venesuela prezidenti Maduro Prezident İqamətgahında prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcək.



Әlaqәli Xәbәrlәr