Mövlud Çavuşoğlu Sergey Lavrovla görüşüb

Mәlumata görә, görüş Prezident İqamәtgahında baş tutub.

1839684
Mövlud Çavuşoğlu Sergey Lavrovla görüşüb

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu rusiyalı hәmkarı Sergey Lavrovla görüşüb.

Mәlumata görә, görüş Prezident İqamәtgahında baş tutub.

Sәfәr çәrçivәsindә baş tutan görüşdә ikitərəfli əlaqələr və regional məsələlərlə yanaşı, taxıl tankerlərinin Qara dənizdə təhlükəsiz səyahəti, Qara dənizə və limanlara təhlükəsiz giriş-çıxış və Rusiya ilə Ukraynanın bu məsələ ilə bağlı narahatlıqlarının müzakirә olunması gözlәnilir.

Rusiya xarici işlər naziri Sergey Lavrovu səfəri çәrçivәsindә  hərbi nümayəndə heyəti müşayiət edir.

Lavrovun və onun rəhbərlik etdiyi nümayəndə heyətinin Milli Müdafiə Nazirliyinin hərbi nümayəndələrindən ibarət nümayəndə heyəti ilə də görüşü nəzərdə tutulub.



Әlaqәli Xәbәrlәr