Ordu-Giresun hava limanından beynəlxalq uçuşlar başlayır
Türkiyənin dəniz üzərində inşa edilən ilk hava limanı olan Ordu-Giresundan beynəlxalq uçuşlar bu gün başlayır.
1838627
Türkiyənin dəniz üzərində inşa edilən ilk hava limanı olan Ordu-Giresundan beynəlxalq uçuşlar bu gün başlayır.
Ordu valisi Tuncay Sonel beynəlxalq uçuşların Ordu-Giresundan başlayacağını açıqlayıb.
Vali Sonel sosial media hesabından Ordu-Giresun Hava Limanından Düsseldorf, Salzburq, Frankfurt, Berlin, Hamburq və Münhenə bu gündən etibarən uçuşların başlayacağını açıqlayıb.
Sonel açıqlamasında nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğluna dəstəyi və əməyi keçənlərə təşəkkür edib.