Milli Müdafiə Nazirliyi terrorla mübarizə barədə mətbuata açıqlama verib

Yanvarın 1-dən İraqın şimalında 38-i iri, 142-si orta ölçülü olmaqla 180 əməliyyat keçirilərək 425 terrorçu, 24 iyul 2015-ci ildən isə İraq və Suriyanın şimalı da daxil olmaqla 34.950 terrorçu zərərsizləşdirildiyi bildirilib.

1839020
Milli Müdafiə Nazirliyi terrorla mübarizə barədə mətbuata açıqlama verib

Yanvarın 1-dən İraqın şimalında 38-i iri, 142-si orta ölçülü olmaqla 180 əməliyyat keçirilərək 425 terrorçu, 24 iyul 2015-ci ildən isə İraq və Suriyanın şimalı da daxil olmaqla 34.950 terrorçu zərərsizləşdirildiyi bildirilib. 

Milli Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr Tanıtma Zabiti Dəniz Kapitanı Burcu Nalıç Yokuva İzmirdə keçirilən məlumatlandırma toplantısında terrorla mübarizədəki son vəziyyətlə bağlı rəqəmləri bölüşüb.

Yokuva deyib ki, yanvarın 1-dən İraqın şimalında 38 iri və 142 orta olmaqla 180 əməliyyat keçirilərək 425 terrorçu, 24 iyul 2015-ci ildən indiqədək İraq və Suriyanın şimalı daxil 34 min 950 terrorçu zərərsizləşdirilib.

Bundan əlavə, "Pəncə" silsiləsi əməliyyatları çərçivəsində Metina, Avaşin-Basyan və Zap bölgələrində aprelin 17-də başladılan "Pəncə-Kilit" əməliyyatı uğurla həyata keçirilir və terror yuvaları bir-bir dağıdılır. 

Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 51-ci maddəsinə əsaslanan özünümüdafiə hüquqlarımıza uyğun olaraq, sadəcə terrorçu hədəflərə qarşı həyata keçirilən "Pəncə-Kilit" əməliyyatında terrorçulara məxsus çoxlu sayda silah, sursat və mina/əldə düzəldilən partlayıcılar ələ keçirilib, ayrıca 184 mağara və sığınacaq məhv edilib. 

"Pəncə-Kilit" əməliyyatları çərçivəsində bu günə qədər 195-i "Pəncə-Kilit" əməliyyatında olmaqla ümumilikdə 1130 terrorçu zərərsizləşdirilib”.

Yokuva terror təşkilatlarının Suriyada başda Tel Rıfat, Mənbic və Fəratın şərqində hücum axtarışlarını davam etdirdiyinə diqqət çəkib.

Yanvarın 1-dən bu yana terror təşkilatı tərəfindən Suriyada əməliyyat bölgələrində 476 təcavüz və hücum həyata keçirildiyini bildirən Yokuva komandoların ani müdaxiləsi ilə 1256 terrorçunun zərərsizləşdirildiyini bildirib:

“Biz Suriya xalqının yanında, günahsız və məzlumların qayğısına qalaraq, bölgədə sülhü və sabitliyi pozmaq üçün mülki vətəndaşları yaşamaq hüququndan məhrum edənlərə, xüsusilə qanlı PKK/YPG terror təşkilatına qarşı durmağa davam edəcəyik. DEAŞ-a qarşı mübarizə adı altında beynəlxalq ictimai rəydə özünü qanuniləşdirməyə çalışır. İnsanlığa qarşı cinayətlərə səssiz qalmamasının vacibliyini bir daha vurğulamaq istərdik".



Әlaqәli Xәbәrlәr