TBMM sədri: “Türkiyə hər zaman Azərbaycanın yanında olacaq”

Türkiyə  Böyük  Millət  Məclisinin   sədri   Şentop Bakıda  keçirilən  VII Beynəlxalq Sosial Elmlər Konqresində iştirak  edib.

1836776
TBMM sədri: “Türkiyə hər zaman Azərbaycanın yanında olacaq”

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop ADA Universitetində keçirilən VII Beynəlxalq Sosial Elmlər Konqresində çıxışı zamanı deyib. Biz hər zaman Azərbaycanın yanında olmağa davam edəcəyik. Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. Hesab edirəm ki, bu tədbir çərçivəsində 28 il davam edən işğal, verilən şəhidlər, ürək parçalayan Xocalı qətliamına alimlər tərəfindən diqqət çəkiləcək. Azərbaycan xalqı Qarabağ yaralarını yeni-yeni sarımağa başlayıb. Tarixçilərə, ədəbiyyatçılara, psixoloqlara, bu işğalın vurduğu ziyanı bizə anladacaq iqtisadçılara ehtiyacımız var”, - Şentop qeyd edib

 



Әlaqәli Xәbәrlәr