"Pəncə-Kilit" əməliyyatı bölgəsində 5 PKK terrorçusu zərərsizləşdirilib

Milli Kəşfiyyat Təşkilatının (MİT) İraqın şimalında yerləşən Süleymaniyyədə keçirdiyi əməliyyatda bölücü terror təşkilatı PKK-nın quldurbaşı Mehmet Doğan zərərsizləşdirilib.

1836740

Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, MİT İraqdakı quruda apardığı əməliyyatlarından sonra cəbhə xəttinin arxasında yerləşən Mahmur və Kərkükün PKK üçün "təhlükəsiz bölgə" olduğunu aşkarlayıb.

Buna görə də PKK-nın Cemcemaldakı qondarma Kərkük cəbhəsindən məsul olan “Dilhaz Gabar” kod adlı Mehmet Doğan əməliyyatla zərərsizləşdirilib.

Qeyd edək ki, MİT bu yaxınlarda təşkilatın dırnaqarası başçılarından biri olan “Əhmet Rubar” kod adlı Mehmet Ərdoğanı zərərsizləşdirmişdi.

Digər tərəfdən, Milli Müdafiə Nazirliyi İraqın şimalındakı "Pəncə-Kilit" əməliyyatı bölgəsində aşkarlanan 5 PKK terrorçusunun hava əməliyyatı ilə zərərsizləşdirildiyini bildirib.

Bəyanatda qeyd olunub ki, nə Suriya, nə də İraqın şimalı terrorçular üçün təhlükəsiz deyil.

Әlaqәli Xәbәrlәr