"Pəncə-Kilit" əməliyyatı bölgəsində yaralanan əsgər şəhid olub

"Pəncə-Kilit" əməliyyatı bölgəsində terrorçularla qarşıdurmada yaralanaraq xəstəxanaya yerləşdirilən çavuş Məhəmməd Serttaş şəhid olub.

1834348
"Pəncə-Kilit" əməliyyatı bölgəsində yaralanan əsgər şəhid olub

Milli Müdafiə Nazirliyi mayın 27-də "Pəncə-Kilit" əməliyyatı bölgəsində terrorçularla qarşıdurmada yaralanan və xəstəxanaya aparılan çavuş Məhəmməd Serttaşın tibbi müdaxilələrə baxmayaraq şəhid olduğunu açıqlayıb. 

Nazirlikdən verilən açıqlamada deyilir: “Bizi dərin ağrı və hüznə boğan bu hadisədə həyatını itirən şəhidimizə Allahdan rəhmət, kədərli ailəsinə, Türk Silahlı Qüvvələrinə və millətimizə başsağlığı verir, səbr diləyirik”.

Açıqlamada dünən əməliyyat bölgəsində baş verən qarşıdurmada yaralanan əsgərin də bu gün səhər saatlarında şəhid olduğu qeyd edilib.

Nazirlik başqa bir açıqlamada ölkənin təhlükəsizliyi üçün terrorçulara qarşı mübarizənin davam etdiyini bildirib.

“İraqın şimalında “Pəncək-Kilid” əməliyyatı bölgəsində terrorçuların yuvalarını dağıdan Türkiyə Silahlı Qüvvələrimiz bölgədə daha 6 PKK terrorçusunu zərərsizləşdirib” açıqlamada deyilib.

Xatırladaq ki, hadisə mayın 27-də “Pəncə-Kilit” şərti adı altında başladılan növbəti antiterror əməliyyatlarının aparıldığı bölgədə baş verib.



Әlaqәli Xәbәrlәr