İraqın şimalında bir əsgərimiz şəhid olub

İraqın şimalında "Pəncə-Kilit" əməliyyatı bölgəsində bölücü terror təşkilatı PKK üzvlərinin açdığı təcavüz atəşi nəticəsində bir əsgərimiz şəhid olub.

1832761
İraqın şimalında bir əsgərimiz şəhid olub

İraqın şimalında "Pəncə-Kilit" əməliyyatı bölgəsində bölücü terror təşkilatı PKK üzvlərinin açdığı təcavüz atəşi nəticəsində bir əsgərimiz şəhid olub.

Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamada əsgər Mehmet Meralın "Pəncə-Kilit" əməliyyatı bölgəsində terror təşkilatı üzvlərinin bazaya açdığı təcavüz atəşi nəticəsində şəhid olduğu qeyd edilib.

Açıqlamada "Bizi dərin kədər və hüznə qərq edən bu hadisədə həyatını itirən əziz şəhidimizə Allahdan rəhmət diləyir, kədərli ailəsinə, Türkiyə Silahlı Qüvvələrinə və soylu millətimizə başsağlığı verir və səbr diləyirik” deyilib.



Әlaqәli Xәbәrlәr