Mövlud Çavuşoğlu Mahmud Abbasla görüşüb

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu Fәlәstin dövlәt başçısı Mahmud Abbasla Fәlәstin mәsәlәsi vә bölgәdәki aktual proseslәri müzakirә edib.

1831899
Mövlud Çavuşoğlu Mahmud Abbasla görüşüb

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu Fәlәstin dövlәt başçısı Mahmud Abbasla Fәlәstin mәsәlәsi vә bölgәdәki aktual proseslәri müzakirә edib.

Fәlәstin dövlәt başçısı Mahmud Abbas Fәlәstinin Ramalah şәhәrinә sәfәr edәn Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlunu qәbul edib.

Mahmud Abbasa Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğanın salamını çatdıran xarici işlәr naziri Mövlud Çavuşoğlu Fәlәstin liderini Türkiyәyә dәvәt edib.

Qeyd edәk ki, Mövlud Çavuşoğlu Mahmut Abbasla görüşmәzdәn әvvәl fәlәstinli hәmkarı Riyad әl-Maliki ilә bir araya gәlib.Nazirlәr daha sonra Türkiyә-Fәlәstin Komitәsinin II toplantısına qatılıb.

Toplantıdan sonra iki ölkә arasındakı әmәkdaşlığı güclәndirәcәk 9 müqavilә imzalanıb.

Mövlud Çavuşoğlu deyib: ‘‘Türkiyə müstəqil və suveren dövlətә sahib olmaq üçün apardığı mübarizədə fələstinli qardaşlarının yanında olmağa davam edəcək’’.



Әlaqәli Xәbәrlәr