Mövlud Çavuşoğlu fәlәstinli hәmkarı ilә görüşüb

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu Fәlәstinә etdiyi sәfәr çәrçivәsindә hәmkarı Riyad әl-Maliki ilә görüşüb.

1831746
Mövlud Çavuşoğlu fәlәstinli hәmkarı ilә görüşüb

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu Fәlәstinә etdiyi sәfәr çәrçivәsindә hәmkarı Riyad әl-Maliki ilә görüşüb. Görüşdә ikitәrәfli münasibәtlәrin inkişaf etdirilmәsi üçün atılacaq addımlar müzakirә olunub.

Diplomatik mәnbәlәrin yaydığı mәlumata әsasәn, görüşdә hәmçinin ikitәrәfli ticarәt hәcminin artırılmasının yolları, iyun ayının sonunda Türkiyә-Fәlәstin İqtisadi Komissiyasının toplantısının keçirilmәsi, Türkiyә Palatalar Birliyinin İordan çayının qәrb sahilinin şimalındakı Cenin şәhәrindә inşa edәcәyi sәnaye bölgәsi layihәsi, Fәlәstin iqtisadiyyatının dәstәklәnmәsinin yolları, Fәlәstin iqtisadiyyatının canlandırılması üçün görülәcәk tәdbirlәr vә Mәscidül Әqsadakı vәziyyәt müzakirә olunub.



Әlaqәli Xәbәrlәr