İraqın şimalında üç hərbçimiz şəhid olub

İraqın şimalında həyata keçirilən "Pəncə-Kilit" əməliyyatı bölgəsində terrorçularla qarşıdurma nəticəsində 3 əsgər şəhid olub, 4 əsgər isə yaralanıb.

1831565
İraqın şimalında üç hərbçimiz şəhid olub

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında həyata keçirdiyi "Pəncə-Kilit" əməliyyatı bölgəsində terrorçularla qarşıdurma nəticəsində 3 əsgər şəhid olub, 4 əsgər isə yaralanıb.

Bu barədə Milli Müdafiə Nazirliyindən verilən məlumatda bildirilib. 

“24 may 2022-ci il tarixində "Pəncə-Kilit əməliyyatı" bölgəsində terrorçularla qarşıdurmada 3 qəhrəman əsgərimiz şəhid olub, 4 qəhrəman əsgərimiz yaralanıb. Onlar dərhal xəstəxanaya çatdırılıb və müalicələrinə başlanılıb. Bizdə dərin acı və kədər yaradan bu hadisədə həyatını itirən şəhidlərimizə Allahdan rəhmət, kədərli ailələrinə, Türkiyə Silahlı Qüvvələrinə və soylu millətimizə başsağlığı verir. Yaralanan şəxsi heyətimizə isə şəfa diləyirik", -məlumatda qeyd edilib.



Әlaqәli Xәbәrlәr