Ərdoğan: “Ölkəmizə sığınan qardaş və bacılarımızı sona qədər qoruyacağıq"

Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda MÜSİAD-ın (Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi) 32-ci Yubiley Proqramında iştirak edib.

1824137
Ərdoğan: “Ölkəmizə sığınan qardaş və bacılarımızı sona qədər qoruyacağıq"

“Ölkəmizə sığınan qardaş və bacılarımızı sona qədər qoruyacağıq".

Bunu prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda MÜSİAD-ın (Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi) 32-ci Yubiley Proqramı və Ənənəvi MÜSİAD Türkiyənin Gücü Mükafatları mərasimində deyib.

Ərdoğan çıxışında Türkiyədəki suriyalı qaçqınlara toxunaraq deyib:

“Suriyadan müharibədən çıxıb ölkəmizə sığınan bu qardaş və bacılarımızı sona qədər qoruyacağıq. Özləri istədikləri zaman vətənlərinə qayıda bilərlər, amma biz onları əsla bu torpaqlardan qovmarıq, qovmayacağıq. Onları qatillərin qucağına atmayacağıq"

Dövlət başçısı Ərdoğan həmçinin Suriyanın şimalında qaçqınlar üçün ən azı 100 min briket evi tikməyi hədəflədiklərini bildirib.


Etiketlәr: #Suriya , #MÜSİAD

Әlaqәli Xәbәrlәr