Mövlud Çavuşoğlu Martin Qriffits ilə görüş keçirib

Xarici işlər naziri Mövlud Çavuşoğlu BMT Baş katibi müavini Martin Qriffits ilə Ukraynadakı humanitar vəziyyəti və Türkiyə ilə BMT arasında Suriya üzrə əməkdaşlığı müzakirə edib.

1824235

Nazir Çavuşoğlu "Twitter" hesabında etdiyi paylaşımında paytaxt Ankarada səfərdə olan BMT baş katibinin humanitar məsələlər üzrə müavini Qriffits  ilə görüşdüklərini bildirib.

Çavuşoğlu qeyd edib ki, Qriffitslə Rusiyanın fevralın 24-də müharibə başlatdığı Ukraynadakı humanitar vəziyyət, Türkiyə ilə BMT arasında Suriya məsələsində əməkdaşlıq müzakirə edildi.

Mövlud Çavuşoğlu Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan ilə də telefonla danışıb.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Çavuşoğlu səudiyyəli həmkarı ilə ikitərəfli əlaqələri və bu çərçivədə gələcəkdə atılacaq addımları müzakirə edib.

Әlaqәli Xәbәrlәr