Türkiyә vә Fransa prezidentlәri Ukrayna mәsәlәsini müzakirә ediblәr

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Fransa prezidenti Emmanuel Makronla telefon әlaqәsi saxlayıb.

1822708
Türkiyә vә Fransa prezidentlәri Ukrayna mәsәlәsini müzakirә ediblәr

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Fransa prezidenti Emmanuel Makronla telefon әlaqәsi saxlayıb.

Bu barәdә Türkiyә Prezidenti Administrasiyasının İctimaiyyәtlә Әlaqәlәr İdarәsindәn verilәn mәlumatda bildirilib. Mәlumata әsasәn, tәrәflәr Türkiyә ilә Fransa arasındakı münasibәtlәri inkişaf etdirәcәk addımlar vә Rusiya ilә Ukrayna arasındakı müharibә başda olmaqla regional mövzuları müzakirә ediblәr. Türkiyә prezidenti söhbәt zamanı prezident seçkilәrindә yenidәn qәlәbә qazanması münasibәtilә Emmanuel Makronu tәbrik edib. Rәcәb Tayyib Әrdoğan Türkiyә ilә Fransa arasındakı münasibәtlәrin Avropanın qlobal rolu baxımından böyük әhәmiyyәt kәsb etdiyini ifadә edib.

Türkiyәnin Ukraynadakı müharibәnin diplomatiya yolu ilә sona çatdırılması üçün ciddi sәylәr göstәrdiyini bildirәn Rәcәb Tayyib Әrdoğan müzakirә prosesinin dәstәklәnmәsinin әhәmiyyәtli olduğunu qeyd edib.



Әlaqәli Xәbәrlәr