“Ukrayna ilə bağlı atılacaq addımların həll nöqtəsi Türkiyədir”, R.T.Ərdoğan

İstanbulun Böyük Çamlıca məscidində Ramazan bayramı namazını qıldıqdan sonra mətbuat nümayəndələrinin suallarını cavablandıran Ərdoğan bunları söyləyib...

1821282
“Ukrayna ilə bağlı atılacaq addımların həll nöqtəsi Türkiyədir”, R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya-Ukrayna müharibəsi ilə bağlı “Xüsusilə Ukraynanın şərqində atılacaq addımlarla bağlı Türkiyənin həll nöqtəsi olacağına inanıram” dedi.

  İstanbulun Böyük Çamlıca məscidində Ramazan bayramı namazını qıldıqdan sonra mətbuat nümayəndələrinin suallarını cavablandıran Ərdoğan bunları söyləyib: “Gələcəkdə Rusiya-Ukrayna danışıqları ilə bağlı İstanbulda başqa bir görüş olacaqmı? Aprelin 29-da müşavirim, səfir İbrahim Kalın və xarici işlər nazirinin müavini Sedat Önal birlikdə Ukraynaya getdilər, Kiyevdə danışıqlar apardılar. Həm Zelenski, həm də digər həmsöhbətləri ilə olan görüşlərdə minnətdarlıqla qarşılandılar. Çox güman ki, bu həftə cənab Putinlə danışığımız olacaq. Eyni zamanda İbrahim Kalın da cənab Uşakovla danışacaq. İnşaallah, bu proses sürətlənər. Mariupolda bütün təxliyyələri necə sürətləndirə bilərik, bu məsələni necə yoluna qoya bilərik, əsas bunlar üçün səy göstəririk.

  Bu arada, taxıl ixracı ilə bağlı həm Ukrayna, həm Rusiya bizdən müəyyən dəstək istəyir. Cənab Putinlə bu məsələni də müzakirə edərək taxıl yolunu açmağa çalışacağıq.

  Hər cür addımlar atırıq, atacağıq da. Əsas başçıların bir araya gəlməsidir. Bizim istəyimiz onları İstanbul və ya Ankarada bir araya gətirməkdir. İnanıram ki, xüsusilə Ukraynanın şərqində atılacaq addımlar üçün həll nöqtəsi Türkiyə - İstanbul, ya da Ankara olacaq.

  Yeri gəlmişkən, Körfəzlə bağlı da çox müsbət irəliləyişlər var. Səudiyyə Ərəbistanına səfərimiz bu baxımdan mühüm başlanğıc nöqtəsi sayıla bilər. Türkiyə-Səudiyyə Ərəbistanı çox fərqli mövqeyə gələcək. Biz bunu vəliəhd şahzadə Məhəmməd ibn Salman ilə ikitərəfli görüşümüzdə də müzakirə etdik."  



Әlaqәli Xәbәrlәr