Ərdoğan hər kəsi Ramazan bayramı münasibətilə təbrik etdi

Ramazan bayramı münasibətilə etdiyi video-təbrikində Ərdoğan ürək sözlərini belə ifadə edib...

1821084
Ərdoğan hər kəsi Ramazan bayramı münasibətilə təbrik etdi

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ramazan bayramı münasibətilə təbrik edərək bütün bəşəriyyətə sülh, əmin-amanlıq və firavanlıq arzuladı.

  Ramazan bayramı münasibətilə etdiyi video-təbrikində Ərdoğan ürək sözlərini belə ifadə edib: “Bayramlar birlik və həmrəyliyin gücləndiyi, əzəldən əbədiyyətə qovuşmuş qardaşlığın yeniləndiyi müstəsna günlərdir.

  Mən millətimizin bütün üzvlərini inancından, dinindən, dilindən asılı olmayaraq, 85 milyon adamın qucaqlaşdığı və halallaşdığı Ramazan bayramının böyük qardaşlıq bayramına çevrilməsini arzulayıram.

  Aramızdakı dostluğu, qardaşlığı gücləndirsək, öhdəsindən gələ bilməyəcəyimiz çətinlik qalmaz.

  “Pəncə-Kilid” (İraqın şimalında terrorçulara qarşı davam edən) əməliyyatı zamanı həlak olan əziz şəhidlərimizi dərin hörmətlə yad edir, “Allah rəhmət eləsin” deyir, Vətənimizin varlığı və millətimizin əmin-amanlığı üçün sərhədlərimizin içində və kənarında mübarizə aparan təhlükəsizlik qüvvələrimizin qəhrəman qazilərinə minnətdarlığımızı bildirir, ölkədən uzaqlarda yaşayan bacı-qardaşlarımızı, soydaşlarımızı və bütün İslam dünyasını Ramazan bayramı münasibətilə təbrik edirəm. Bayramınız mübarək olsun”.



Әlaqәli Xәbәrlәr