"Pəncə-Kilit" və “Eren Abluka-5” antiterror əməliyyatlarında şəhidlər oldu

Türkiyə Milli Müdafiə Nazirliyindən (MSB) verilən məlumata görə...

1820973
"Pəncə-Kilit" və “Eren Abluka-5” antiterror əməliyyatlarında şəhidlər oldu

 

  İraqın şimalında separatçı terror təşkilatı PKK-ya qarşı keçirilən "Pəncə-Kilit" əməliyyatında bir Türkiyə əsgəri şəhid olub.

  Türkiyə Milli Müdafiə Nazirliyindən (MSB) verilən məlumata görə, 30 aprel 2022-ci il tarixində "Pəncə-Kilit" əməliyyatı bölgəsində terrorçular tərəfindən yerləşdirilmiş əl istehsalı dinamitin partlaması nəticəsində bir Türkiyə əsgəri yaralanıb və dərhal xəstəxanaya sövq edilib, lakin edilən bütün müdaxilələrə baxmayaraq şəhid olub.

  Xatırladaq ki, Türkiyə Təhlükəsizlik Qüvvələrinin Şırnak vilayətində yerləşən Cudi dağı bölgəsində həyata keçirdiyi “Eren Abluka-5” antiterror əməliyyatında yaralanan iki hərbçisindən biri İsmail Can Akdeniz şəhid olub. Məlumatı daxili işlər naziri Süleyman Soylu paylaşaraq bildirilb ki, şəhid hərbçi və onun yaralanan digər silahdaşı daxili qoşunlarda xidmət ediblər. Hər iki qəhrəman terrorçularla atışmada yaralanmışdı.

 



Әlaqәli Xәbәrlәr