Mövlud Çavuşoğlunun Latın Amerikasına səfəri davam edir

Xarici işlər naziri Mövlud Çavuşoğlu diplomatik, ticari və iqtisadi imkanları ilə bölgəsində mühüm rol oynayan Panamanı  dəyərli tərəfdaş kimi gördüklərini bildirib.

1820251
Mövlud Çavuşoğlunun  Latın Amerikasına səfəri davam edir

Xarici işlər naziri Mövlud Çavuşoğlu diplomatik, ticari və iqtisadi imkanları ilə bölgəsində mühüm rol oynayan Panamanı  dəyərli tərəfdaş kimi gördüklərini bildirib.

Mövlud Çavuşoğlu rəsmi səfərdə olduğu Panamada xarici işlər naziri Erika Mouynes ilə görüşüb, təkbətək və nümayəndə heyətləri arasındakı görüşlərindən sonra keçirilən birgə mətbuat konfransında açıqlama verib.

Çavuşoğlu iki ölkə arasında iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb:

"Keçən il ikitərəfli ticarət dövriyyəmiz 50 faiz artaraq 323 milyon dollara çatıb.Panamanı diplomatik, ticari və iqtisadi imkanları ilə regionunda mühüm rol oynayan dəyərli tərəfdaş kimi görürük. Xüsusən turizm, enerji və logistika sahələrində böyük potensial var. İmzalayacağımız ticarət, turizm və iqtisadi əməkdaşlıq müqaviləsi ölkələrimiz arasında birgə iqtisadi komissiya və işgüzar şuranın yaradılmasına imkan verəcək" .

Nazir Çavuşoğlu “Turizm Əməkdaşlıq Sazişi”nin iki ölkəni daha da yaxınlaşdıracağına vurğulayaraq deyib:

"Türkiyə və Panama iki turizm ölkəsidir. Biz həmçinin Türk Hava Yollarının (THY) Panama ilə İstanbul arasında davamlı birbaşa uçuşlar həyata keçirməsi barədə razılığa gəldik". 

Panama Universitetlərində təhsil və mədəniyyət məsələlərində türk dilinin tədrisi üçün əməkdaşlığın gücləndiriləcəyini bildirən Çavuşoğlu bu mövzuda səmərəli danışıqlar apardıqlarını da bildirib.

Nazir Muynes de Çavuşoğlunun səfərinin iki ölkə arasında ilk rəsmi səfər olduğunu xatırladaraq, "Bildirmək istərdim ki, cənab Çavuşoğlunun ölkəmizə səfəri çərçivəsində biz hər iki ölkənin xeyrinə olacaq şəkildə iqtisadi və ticari əməkdaşlıq məsələlərini müzakirə etdik. Cənab Mövlud Çavuşoğlunu qonaq etməkdən xoşbəxtik" deyib.

Çavuşoğlu ilə qeyri-qanuni miqrasiya məsələlərini müzakirə etdiklərini ifadə edən Mouynes bu səfər münasibəti ilə mühüm qlobal problemləri müzakirə etdiklərini, həmçinin təhsil və akademik mövzular başda olmaqla bir çox mövzuya toxunduqlarını dilə gətirib.

Panamadakı təmaslarını tamamlayan xarici işlər naziri Mövlud Çavuşoğlu Latın Amerikası turunun son dayanacağı olan Venesuelaya gedib.

Çavuşoğlu sosial media hesabından etdiyi paylaşımda “Birgə Əməkdaşlıq Komissiyasının 3-cü iclasına həmsədrlik etmək və əlaqə saxlamaq üçün Venesueladayıq” deyib.



Әlaqәli Xәbәrlәr