Türkiyənin terrorla mübarizəsi davam edir

Tunceli şəhərində bölücü terror təşkilatı PKK-ya qarşı "Eren Blokada-7" əməliyyatı başlayıb.

1819566
Türkiyənin terrorla mübarizəsi davam edir

Suriyanın şimalında bölücü terror təşkilatı PKK/YPG üzvü 12 terrorçu zərərsizləşdirilib.

Milli Müdafiə Nazirliyindən verilən açıqlamada PKK/YPG terrorçularının Suriyanın şimalında "Sülh çeşməsi" və "Fərat qalxanı" əməliyyat bölgələrinə hücuma hazırlaşdığı bildirilib.

Əməliyyatda 12 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

Açıqlamada “Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz Suriyanın şimalında terror yuvalarını yerlə-yeksan etməyə davam edir” deyilib.

Digər tərəfdən, Tunceli şəhərində bölücü terror təşkilatı PKK-ya qarşı "Eren Blokada-7" əməliyyatı başlayıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, əməliyyatda 622 şəxsi heyət və 40 əməliyyat qrupu iştirak edir.

Əməliyyatın 1-ci günündə Tunceli vilayətinin Buzlutəpə bölgəsində aparılan axtarış fəaliyyəti zamanı aşkarlanan 5 bunkerdə çoxlu sayda təşkilati sənəd və gündəlik məişət əşyaları ələ keçirilib.

Ölkədə terroru tamamilə aradan qaldırmaq üçün həyata keçirilən blokada əməliyyatları əzmlə və uğurla davam edir.



Әlaqәli Xәbәrlәr