Ərdoğan və Putin telefonla danışıblar

Prezident Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə danışıb.

1819872
Ərdoğan və Putin telefonla danışıblar

Prezident Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə danışıb.

Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi bildirilib.

Məlumata görə, tərəflər Ukraynadakı durumu müzakirə ediblər. Ərdoğan vasitəçiliyə hazır olduğunu xatırladıb.

Bildirilib ki, qonşular arasındakı böhranın daimi atəşkəs və sülhlə nəticələnməsi üçün təşəbbüsləri davam etdirəcək. Ölkə liderləri həmçinin ötən gün Rusiya ilə ABŞ arasında baş tutmuş məhbusların mübadiləsi barədə də fikir mübadiləsi aparıblar.

Bundan əlavə, dövlət başçıları kəşfiyyat xidmətləri arasında dialoqun davam etdirilməsi haqqında danışıblar.

Rusiya ilə Ukrayna arasında fevralın 24-dən bəri davam edən müharibənin sona çatması üçün təşəbbüs göstərməyə və sülhə gedən yolda vasitəçilik etməyə hazır olduqlarını bildirən prezident Ərdoğan İstanbul danışıqlarında əldə edilən sürəti artıraraq bölgədə ən qısa zamanda qalıcı sülhün bərqərar olmasını istədiklərini dilə gətirib.

Prezident Türkiyənin iki qonşusu arasındakı bu böhranı aradan qaldırmaq, sülhün bərqərar olması üçün əzm və səmimiyyətlə səylərini davam etdirəcəklərini bir daha vurğulayıb.



Әlaqәli Xәbәrlәr