Çavuşoğlu: “Türkiyə Ekvadorun BMT TŞ üzvü olmasını istəyir”

Xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin Ekvadorun Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına tezliklə üzv olmasını istədiyini və buna ürəkdən dəstək verəcəyini vurğulayıb.

1818763
Çavuşoğlu: “Türkiyə Ekvadorun BMT TŞ üzvü olmasını istəyir”

Mövlud Çavuşoğlu aprelin 26-da Ekvadorun paytaxtı Kitoya səfəri çərçivəsində “Notadiplomatica” üçün “Türkiyə və Ekvador: Coğrafiyaya görə ayrı, ortaq dəyərlər və maraqlarla bağlı” başlıqlı məqalə qələmə verib. Türkiyənin bir çox qitə və mədəniyyətin kəsişdiyi strateji nöqtədə yerləşdiyini, ətrafında çoxlu münaqişələrin cərəyan etdiyini ifadə edən nazir Çavuşoğlu: “Türkiyə bu problemlər səbəbi ilə bəşəriyyət üz-üzə gəldiyi çətinlikləri aradan qaldırmaq üçün əlindən gələni edir. Türkiyə bir çox ölkə ilə tərəfdaşlıq edərək, Sivilizasiyalar Alyansı kimi çoxtərəfli arenada təşəbbüslərə liderlik edir. Ehtiyacı olan hər kəsə yardım əlini uzadmaq Türkün ənənəsidir”.

Türkiyənin Latın Amerikası üçün başlatdığı sosial yardım siyasətinə də toxunan Mövlud Çavuşoğlu qeyd edib ki, Türkiyə böyük əməkdaşlıq potensialını reallaşdırmaq üçün regionun bütün ölkələri ilə əlaqələri irəli pillələrə qaldırmağı qarşıda məqsəd qoyub. Qlobal dünyada yaşadığımız üçün daha coğrafiya ölkələr arasındaki əlaqələrin güclənməsinə mane ola bilməz. Müşahidə olunduğu kimi sosial yardım siyasəti olaraq atılan addım indi xarici siyasətimizin strateji sütunlarından birinə çevrilib.

Xarici işlər naziri beynəlxalq platformalarda Ekvadorla əməkdaşlığa da toxunub. “Türkiyə Ekvadorun tezliklə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına üzv olmasını ürəkdən dəstəkləyəcək”-deyə Çavuşoğjlu vurğulayıb.



Әlaqәli Xәbәrlәr