Türkiyə üç şəhid verdi

Bununla bağlı Türkiyənin Milli Müdafiə Nazirliyindən açıqlama verilib...

1818657
Türkiyə üç şəhid verdi

 

  Türkiyə Silahlı Qüvvələri tərəfindən “Pəncə-Kilit” adı altında aparılan növbəti antiterror əməliyyatı zaman üç Türkiyə əsgəri şəhid olub. Bununla bağlı Türkiyənin Milli Müdafiə Nazirliyindən açıqlama verilib.

  Məlumata əsasən, əsgərlərdən biri bölgədə terrorçular tərəfindən atılan raket hücumu nəticəsində həlak olub. Hücum zamanı daha dörd əsgər yaralanıb.

  Nazirlik şəhidlərlə bağlı Türkiyə xalqına başsağlığı verib.

  Xatırladaq ki, “Pəncə-Kilit” antiterror əməliyyatları İraqın şimalında yerləşən Metina, Zap və Avaşin-Basyan bölgələrində aparılır.



Әlaqәli Xәbәrlәr