Mustafa Şentop Boniya vә Herseqovinada sәfәrdәdir

Türkiyә Böyük Millәt Mәclisinin sәdri Mustafa Şentop deyib: ‘‘Türkiyə başda Bosniya və Herseqovina olmaqla Balkan ölkәlәrinin  sülh və sabitliyinə böyük əhəmiyyət verir, dəstəkləyir və bunun daimi olması üçün əlindәn  gələni edir”.

1818333

Bosniya vә Herseqovinada sәfәrdә olan Mustafa Şentop Türkiyənin bütün Balkan ölkələri ilə yaxşı münasibətlərə malik olduğunu və bu əlaqələrin bölgənin sülh və sabitliyi üçün böyük əhəmiyyət kәsb etdiyini bildirib.

"Biz həmişə sizinləyik",-deyә Mustafa Şentop qeyd edib.

Rusiya-Ukrayna müharibəsinə də toxunana Mustafa Şentop deyib: “Bu, göstərdi ki, dünyada müharibələr, münaqişələr  heç bir ölkəyə, o cümlədən bunu edənlərə xeyir vermir, əksinə, zərər verir. İnsanlar  bundan dərs almalıdırlar”.

Әlaqәli Xәbәrlәr