Türkiyə prezidenti BMT baş katibini qəbul etdi

Türkiyə prezidenti BMT baş katibini qəbul etdi

1817852
Türkiyə prezidenti BMT baş katibini qəbul etdi

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşi qəbul edib.

  Paytaxt Ankaradakı Prezident İqamətgahında baş tutan qəbul mətbuata qapalı keçirilib.

  BMT baş katibinin sözçüsü tərəfindən verilən yazılı açıqlamaya görə, A.Quterreş Ankara səfərindən sonra Moskvada Rusiya prezidenti Vladimir Putin, aprelin 28-də isə Ukraynada prezident Vladimir Zelenski ilə görüşəcək.



Әlaqәli Xәbәrlәr