Türkiyə əhalisinin 26,9 faizini uşaqlar təşkil edir

Türkiyənin ötən ilin sonu etibarilə 22 milyon 738 min 300 olaraq qeydə alınan uşaq əhalisi ölkə əhalisinin 26,9 faizini təşkil edir.

1815208
Türkiyə əhalisinin 26,9 faizini uşaqlar təşkil edir

Türkiyənin ötən ilin sonu etibarilə 22 milyon 738 min 300 olaraq qeydə alınan uşaq əhalisi ölkə əhalisinin 26,9 faizini təşkil edir.

Türkiyə Statistika Təşkilatı 2021-ci il üçün uşaq statistikasını açıqlayıb.

Ünvana Əsaslı Əhali Qeydiyyatı Sisteminin nəticələrinə görə, Türkiyə əhalisi 2021-ci ilin sonu etibarilə 84 milyon 680 min 273 nəfər olub, onlardan 22 milyon 738 min 300-ü uşaqdır.

Uşaq əhalisinin 51,3 faizini oğlanlar, 48,7 faizini isə qızlar təşkil edib.

Birləşmiş Millətlər Təşkilatının tərifinə görə, 0-17 yaş qrupu da daxil olmaqla uşaq əhalisi 1970-ci ildə ümumi əhalinin 48,5 faizini təşkil etdiyi halda, bu nisbət 1990-cı ildə 41,8 faiz, 2021-ci ildə isə 26,9 faiz olmuşdur.

Avropa İttifaqına (Aİ) üzv olan 27 ölkənin uşaq əhalisinin nisbətləri təhlil edildikdə, 2021-ci ildə Aİ-nin uşaq əhalisinin nisbəti orta hesabla 18,2 faiz təşkil edib.

Avropa İttifaqına üzv ölkələr arasında uşaq əhalisinin ən yüksək olduğu ölkələr 23,9 faizlə İrlandiya, 21,5 faizlə Fransa və 21,1 faizlə İsveç olub.

Uşaq əhalisinin ən aşağı olduğu ölkələr 15,8 faizlə İtaliya, 15,9 faizlə Malta, yüzdə 16,5 ilə Portuqaliya və Almaniya olub.

Türkiyədə uşaq əhalisinin nisbətinin 26,9 faizlə Aİ üzvü olan ölkələrinkindən yüksək olduğu görüldü.



Әlaqәli Xәbәrlәr