Ərdoğan: “Bütün dünya sussa belə, biz Qüds məsələsini ən yüksək səslə dilə gətirəcəyik”

Prezident və Ədalət və İnkişaf Partiyasının sədri RəcəbTayyib Ərdoğan partiyasının Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxış edib.

1815272
Ərdoğan: “Bütün dünya sussa belə, biz Qüds məsələsini ən yüksək səslə dilə gətirəcəyik”

"Bütün dünya sussa belə, biz Qüds davamızı ən yüksək səslə dilə gətirəcəyik”. 

Bunu prezident və Ədalət və İnkişaf Partiyasının sədri RəcəbTayyib Ərdoğan partiyasının Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında etdiyi çıxışında deyib. 

Dövlət başçısı “Son günlər Qüdsdəki Məscidül-Əqsanın məhrəmliyinə yeni hücumlar səbəbindən ürəyimiz bir daha sındı” deyib:

"İsraildən görüşdüyümüz hər liderə Qüdsün statusu ilə bağlı həssaslığımızı həmişə açıq şəkildə ifadə etmişik. Beynəlxalq ictimaiyyəti fələstinlilərə qarşı edilən haqsızlıqlara qarşı həssas olmağa dəvət etmişik və bunu davam etdirəcəyik. Bu problemin mahiyyəti və səbəb ola biləcəyi fəlakətlər məlum olduğu halda qəsdi olaraq bu tərz rəftar edilirsə o zaman işin içində başqa hesablar var. İsraillə siyasi və iqtisadi əlaqələrimiz üçün atdığımız addımlar başqadır, Qüds məsələsi başqadır. Bütün dünya sussa belə, biz Qüds davamızı ən yüksək səslə davam etdirəcəyik”.

Prezident Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş, Fələstin Prezidenti Mahmud Abbas, İordaniya Kralı Abdullah əl-Hüseyn və İsrail prezidenti İshaq Herzoqla telefon danışıqlarında bu məsələ ilə bağlı mövqelərini ifadə etdiklərini bildirib.

“Ümidimiz budur ki, bu mübarək günlərdə Qüdsdəki zülmlər sona çatacaq" deyə dövlət başcısı vurğulayıb.



Әlaqәli Xәbәrlәr