Zərərsizləşdirilən PKK terrorçularının sayı 26-ya yüksəlib

İraqın şimalında həyata keçirilən "Pəncə-Kilit" əməliyyatında zərərsizləşdirilən PKK terrorçularının sayı 26-ya yüksəlib.

1814401
Zərərsizləşdirilən PKK terrorçularının sayı 26-ya yüksəlib

İraqın şimalında həyata keçirilən "Pəncə-Kilit" əməliyyatında zərərsizləşdirilən PKK terrorçularının sayı 26-ya yüksəlib.

Milli Müdafiə Nazirliyi İraqın şimalında aprelin 18-də başladılan "Pəncə-Kilit" əməliyyatı ilə bağlı məlumat paylaşıb.

Nazirlik sosial media hesabından verdiyi açıqlamada əməliyyatın planlaşdırıldığı kimi uğurla davam etdiyini bildirib.

Zərərsizləşdirilən terrorçuların sayının 19-dan 26-ya yüksəldiyi də qeyd edilib.

Əməliyyatda əldə düzəldilmiş partlayıcının (EYP) partlaması nəticəsində bir əsgərimiz şəhid olub.



Әlaqәli Xәbәrlәr