Fәxrәddin Altun: ‘‘Türkiyә balanslı mövqe nümayiş etdirir’’

Türkiyә Prezidenti Administrasiyasının İctimaiyyәtlә Әlaqәlәr İdarәsinin rәhbәri Fahrettin Altun İstanbul prosesinin Rusiya ilə Ukrayna arasında sülhün bərqərar olması üçün ən mühüm fürsət olduğunu deyib.

1814526
Fәxrәddin Altun: ‘‘Türkiyә balanslı mövqe nümayiş etdirir’’

Türkiyә Prezidenti Administrasiyasının İctimaiyyәtlә Әlaqәlәr İdarәsinin rәhbәri Fahrettin Altun İstanbul prosesinin Rusiya ilə Ukrayna arasında sülhün bərqərar olması üçün ən mühüm fürsət olduğunu və hər kəsin bu prosesə dəstək verməsinin vacibliyini vurğulayıb.

Fәxrәddin Altun Prezident İqamәtgahında keçirilәn  Rusiya-Ukrayna müharibəsi və Türkiyəyə təsirləri: Təhdidlər və Fürsətlər adlı ‘‘workshop’’un açılışında iştirak edib.

Fәxrәddin Altun başda Avropa olmaqla bütün dünyaya mәnfi tәsir edən Ukrayna müharibəsinin Türkiyəyə də tәsir etdiyini bildirib.

Bu böhranın Türkiyənin stabilləşdirici aktyor olduğunu da sübut etdiyini deyən Fәxrәddin Altun prezident Rәcәb Tayyib Ərdoğanın  həm Rusiya prezidenti Vladimir Putin, həm də Ukrayna prezidenti Vladimir Zelenski ilə yaxın dialoqundan böhranın həlli və gərginliyin azaldılması üçün fürsət kimi istifadə etdiyini xatırladıb.

Türkiyә Prezidenti Administrasiyasının İctimaiyyәtlә Әlaqәlәr İdarәsini rәhbәri bildirib ki, Türkiyә bu prosesә verdiyi töhfәlәr sayәsindә həm Rusiyanın, həm də Ukraynanın etibarını qazanıb.

Türkiyənin ilk növbәdә Antalya Diplomatiya Forumu daha sonra isә İstanbulda aparılan danışıqlarla bağlı tәşәbbüslәrini xatırladan Fәxrәddin Altun deyib: "Xüsusən vurğulamaq istərdim ki, İstanbul prosesi Rusiya ilə Ukrayna arasında sülhün bərqərar olması üçün ən mühüm fürsətdir. Bu sәbәbdәn də dövlət başçımızın qeyd etdiyi kimi, İstanbul prosesini hamı dəstəkləməlidir".

Fәxrәddin Altun həmçinin Türkiyәnin balanslı mövqe nümayiş etdirdiyini vurğulayıb.

Qeyd edәk ki, Rusiya ordusu fevralın 24-dә Ukrayna әrazisindә hәrbi әmәliyyata başlayıb.

 

 

 



Әlaqәli Xәbәrlәr