Prezident Ərdoğan Mahmut Abbas və Antonio Quterreşlə telefon danışığı aparıb

Prezident Rəcəb Tayyib Ərdoğan Fələstin prezidenti Mahmud Abbas və Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreşlə telefon danışığı aparıb.

1813502
Prezident Ərdoğan Mahmut Abbas və Antonio Quterreşlə telefon danışığı aparıb

Prezident Rəcəb Tayyib Ərdoğan Fələstin prezidenti Mahmud Abbas və Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreşlə telefon danışığı aparıb.

Prezident Ərdoğan sosial media hesabında Fələstin dövlət başçısı Abbasla görüşü ilə bağlı paylaşım edib.

Ərdoğan paylaşımında bunları deyib:
“Fələstində, xüsusilə Qüdsdə baş verənlərə görə kədərli bir Ramazan keçirərkən, İsrailin hücumlarında həlak olan qardaşlarımıza Allahdan rəhmət, yaralananlara şəfa dilədim.

Görüşümüz zamanı cənab Abbasa İsrailin Məscidül-Əqsadakı ibadət edənlərə qarşı müdaxilələrini şiddətlə qınadığımızı və Məscidül-Əqsanın statusu və mənəviyyatına qarşı təxribat və təhdidlərə qarşı duracağımızı bildirdim.

Türkiyə həmişə Fələstinin yanındadır. Hadisələr bizə fələstinli qrupların birlik və barışıq yolunda çalışmasının zəruriliyini xatırladır.

Cənab Abbasa həm təmkin təkliflərinə, həm də birlik baxımından tədbirli rəhbərliyinə görə təşəkkürümü çatdırdım”.

Prezident Ərdoğan Quterreşlə görüşü ilə bağlı sosial media hesabında isə bunları deyib:

“Birləşmiş Millətlər Təşkilatının Baş katibi cənab Antonio Quterreşlə telefon danışığı apardıq.

Görüşümüzdə regional hadisələri, xüsusilə Qüds hadisələrini və Ukrayna-Rusiya müharibəsini müzakirə etdik.

Cənab Quterreşə Ukrayna məsələsində də İstanbul Prosesinə hər kəsin dəstək verməsinin vacibliyini, tərəflərin fikir ayrılıqlarının aradan qaldırılması üçün səy göstərməyin Türkiyənin sülh təşəbbüslərini tamamlayacaq xüsusiyyətdə olacağını ifadə etdim.

İsrailin Məscidül-Əqsaya qarşı müdaxilələrini və təxribatlarını qəbuledilməz hesab etdiyimizi və şiddətlə qınadığımızı ifadə etdiyim görüşdə cənab Quterreşlə bölgədə sülh üçün atıla biləcək birgə addımları müzakirə etdik”.



Әlaqәli Xәbәrlәr