Şeyxülislam Allahşükür Paşazadə Türkiyədə səfərdədir

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti İstanbulda səfərdədir.

1812709
Şeyxülislam Allahşükür Paşazadə Türkiyədə səfərdədir

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti İstanbulda səfərdədir.

Səfərin məqsədi aprelin 15-də İstanbulda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Dini Liderləri Şurasının ilk – təsis toplantısını keçirməkdir. Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyevin rəhbərliyi ilə keçiriləcək tədbirdə şeyxülislam Allahşükür Paşazadə Şuranın təqdimatı ilə çıxış edəcək.

Türkiyənin Diyanət İşləri Başqanlığının dəvəti ilə həyata keçirilən səfər zamanı QMİ sədri Türkiyə Diyanət işləri sədri Ali Erbaş və türk dövlətlərinin dini liderləri ilə məsləhətləşmələr aparacaq, Ayasofya məscidində Cümə, Əyyub Sultan məscidində Təravih namazlarında birgə iştirak edəcəklər.

Səfər çərçivəsində şeyxülislam Allahşükür Paşazadə Ayasofya Fatih Mədrəsəsinin açılış mərasimində də iştirak edəcək. Mərasimdə prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı gözlənilir.

Toplantıda Türkiyə Diyanət işləri rəhbəri Ali Erbaş, Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev, Qazaxıstan Müsəlmanları İdarəsinin sədri Müfti Naurızbay Taqanulı, Özbəkistan Müsəlmanları İdarəsinin sədri Müfti Nuriddin Xoliknəzərov və Qırğızıstan nümayəndəsi iştirak edirlər.



Әlaqәli Xәbәrlәr