Prezident Ərdoğan Yüksəkovada əsgərlərlə iftar yeməyi yedi

Prezident Rəcəb Tayyib Ərdoğan, terrorla mübarizə əməliyyatlarında mühüm uğurlara  imza  atan Hakkarinin Yüksekova rayonundakı 3-cü Piyada Diviziya Komandanlığında iftar yeməyinə qatılıb.

1811983
Prezident Ərdoğan Yüksəkovada əsgərlərlə iftar yeməyi yedi

Prezident  Ərdoğan  iftar yeməyi   əvvəlində  yeməkxananın girişində əsgərləri  salamlayıb.  Özünü  müşayiət  edən  Milli Müdafiə naziri Hulusi Akar və Türkiyə Silahlı Qüvvələrinin (TSK) komandirləri  ilə  dualar oxuduqdan sonra  əsgərlərlə birlikdə   iftar yeməyi  yeyib.

Prezident  Ərdoğan   sosial media  hesabından  paylaşdığı   açıqlamada:  “Bu axşam Yüksekova 3-cü Piyada Diviziya Komandanlığında Türk Silahlı Qüvvələrimizin dəyərli üzvləri ilə, Mehmetçikimizlə iftar süfrəsində idik. Allah bütün əsgərimizdən razı olsun, qatıldıqları bütün  mübarizələrdə zəfər   qazanmağı nəsib etsin”. 



Әlaqәli Xәbәrlәr