ABŞ-ın sabiq prezidenti Mehmet Özü dəstəkləyəcəyini açıqladı
Verdiyi yazılı məlumatda D.Tramp bildirib...
1809956
ABŞ-ın sabiq prezidenti Donald Tramp senat üzvlüyünə namizəd olan dünyaşöhrətli türk ürək cərrahı professor Mehmet Özün namizədliyini dəstəkləyəcəyini açıqlayıb.
Verdiyi yazılı məlumatda D.Tramp bildirib: "Pensilvaniya ştatının parlaq və tanınmış həkim Mehmet Özü ABŞ senatına seçərək Amerikanı qorumaq üçün çox yaxşı fürsəti var. Onun ilkin seçkilərdən uğurla çıxacağına inanıram.
Mehmet Özün ABŞ-a ağlasığmaz zərər vurmaq istəyən radikal solçu Demokratlara qarşı parlament seçkilərində qalib gəlmək şansı yüksəkdir”.
Qeyd edək ki, Mehmet Öz 2021-ci ilin 30 noyabrında ABŞ-ın Pensilvaniya ştatından Respublikaçılar Partiyasının senata namizədliyi uğrunda mübarizə aparacağını söyləyib.