THY bəzi beynəlxalq uçuşları dayandırmaq qərarının müddətini uzadıb

THY Rusiyanın hücumlarına görə Ukrayna hava məkanının mülki uçuşlar üçün bağlanmasından sonra Ukrayna, Belarus, Rostov və Soçiyə uçuşları dayandırmaq qərarının müddətini uzadıb.

1809480
THY bəzi beynəlxalq uçuşları dayandırmaq qərarının müddətini uzadıb

Türk Hava Yolları (THY) Rusiyanın hücumlarına görə Ukrayna hava məkanının mülki uçuşlar üçün bağlanmasından sonra Ukrayna, Belarus, Rostov və Soçiyə uçuşları dayandırmaq qərarının müddətini uzadıb.

THY-nin sosial media hesablarından paylaşım edilən məlumatda "15 may 2022-ci il tarixinədək (daxil olmaqla) Ukrayna, Belarus, Rostov şəhərlərinə gediş-gəliş uçuşlarımız ləğv edildi. Soçiyə gediş-gəliş uçuşlarımız 18 aprel 2022-ci il tarixinədək (daxil olmaqla) ləğv edildi" deyilib.

Məlumatda bildirilib ki, agentliklər THY-nin internet saytı və ya 0 850 333 0 849 çağrı mərkəzi vasitəsilə dəyişiklik və ödənişlər edilə bilər.



Әlaqәli Xәbәrlәr