Hulusi Akar vә Sergey Şoyqu arasında telefon danışığı olub

Türkiyәnin milli müdafiə naziri Hulusi Akar və Rusiya müdafiə naziri Sergey Şoyqu arasında telefon danışığı olub.

1809099
Hulusi Akar vә Sergey Şoyqu arasında telefon danışığı olub

 

Türkiyәnin milli müdafiə naziri Hulusi Akar və Rusiya müdafiə naziri Sergey Şoyqu arasında telefon danışığı olub.

Milli Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, Hulusi Akar söhbәt zamanı  Rusiya ilə Ukrayna arasında diplomatik həllə nail olmaq  üçün təcili atəşkəsin tәmin edilmәsinin vacibliyini və başda Mariupol olmaqla mülki əhalinin qurudan təhlükəsiz şəkildə təxliyə edilməsinin әhәmiyyәtini vurğulayıb.

Nazir Hulusi Akar hәmçinin humanitar yardım mәsәlәsindә  hər cür dəstəyi verməyə çalışan Türkiyənin daha əvvəl olduğu kimi  bundan sonra da bölgədə sülhün təmin olunması üçün üzərinə düşəni etməyə davam edəcəyini vurğulayıb.

Qeyd edәk ki, Rusiya ordusu fevralın 24-dә Ukrayna әrazisindә hәrbi әmәliyyata başlayıb.



Әlaqәli Xәbәrlәr