Bir sıra ölkәnin müdafiә naziri videokonfrans formatında iclas keçirib

Türkiyə, Bolqarıstan, Gürcüstan, Polşa, Rumıniya və Ukraynanın müdafiə nazirləri videokonfrans formatında keçirilәn iclasda görüşüblәr.

1808700
Bir sıra ölkәnin müdafiә naziri videokonfrans formatında iclas keçirib

Türkiyə, Bolqarıstan, Gürcüstan, Polşa, Rumıniya və Ukraynanın müdafiə nazirləri videokonfrans formatında keçirilәn iclasda görüşüblәr.

Türkiyәnin milli müdafiə naziri Hulusi Akar Bolqarıstanın müdafiə naziri Draqomir Zakov, Polşanın müdafiə naziri Mariuş Blaşçak, Rumıniyanın müdafiə naziri Vasile Dincu, Ukraynanın müdafiə naziri Oleksii Reznikov və Gürcüstanın müdafiə naziri Juanşer Burçuladze ilə altıtərəfli iclasda  görüşüb.

Nazir Hulusi Akar Türkiyənin dəvəti və koordinasiyası ilə keçirilən görüşdən sonra verdiyi açıqlamada görüşün çox məhsuldar keçdiyini ifadə edib.

Regional müdafiə və təhlükəsizlik məsələləri әtrafında fikir mübadiləsi apardıqlarını bildirən Hulusi Akar deyib: “İclasda diplomatik həllə kömək etmək üçün Ukraynada təcili atəşkəsin vacibliyi və mülki әhalinin təhlükəsiz təxliyəsinin әhәmiyyәti vurğulanıb”.

İclasda müzakirə edilən digər məsələlərlə bağlı da mәlumat verәn Hulusi Akar deyib:

"İclasda hәmçinin minalarla mübarizә daxil olmaqla  Qara dənizdə sülhün, əmin-amanlığın və sabitliyin qorunması üçün əməkdaşlığın vacibliyi bir daha vurğulanıb. Ağırlaşan humanitar vəziyyətlə əlaqədar  humanitar yardımın fasilәsiz davam etdirilmәsi vә böhranın daha da dәrinlәşmәsinin qarşısının alınması üçün görülәcәk tәdbirlәr müzakirә edilib’’.



Әlaqәli Xәbәrlәr