Türkiyə səfirliyi yenidən Kiyevdə fəaliyyətini bərpa etdi

Rusiyanın Ukraynada apardığı müharibə səbəbilə Ukraynanın paytaxtı Kiyevdən Çernovtsı şəhərinə köçən Türkiyə səfirliyi yenidən fəaliyyətini bərpa edib.

1808046

Rusiyanın Kiyev yaxınlığından çəkilməsindən sonra səfirliyin bütün əməkdaşları Kiyevə qayıdıb.

Səfirliyin "Twitter" səhifəsində "Əziz vətəndaşlar və ukraynalı dostlar müvəqqəti müddət  üçün fəaliyyətimizi təxliyə işləri üçün logistik mərkəzimizə çevrilmiş Çernivtsi şəhərinə köçürdük. Bu gündən (5 aprel) biz Kiyevə, öz evimizə qayıtdıq" ifadələri yer alıb.

Qeyd edək ki, Türkiyə Kiyevi tərk edən sonuncu səfirlik olub. Bu gün isə Kiyevin mühasirəsi yarılandan sonra şəhərə qayıdan ilk səfirlik sayılır.

Әlaqәli Xәbәrlәr