Ərdoğan ilə Kasım-Jomart Tokayev arasında telefon danışığı olub

Prezident Rəcəb Tayyib Ərdoğan ilə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında aprelin 4-də telefon danışığı olub.

1807082
Ərdoğan ilə Kasım-Jomart Tokayev arasında telefon danışığı olub

Prezident Rəcəb Tayyib Ərdoğan ilə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında aprelin 4-də telefon danışığı olub.

Bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Bildirilir ki, telefon danışığında Türkiyə-Qazaxıstan əlaqələrini gücləndirəcək addımlar, eləcə də Rusiya-Ukrayna müharibəsi başda olmaqla regional proseslər nəzərdən keçirilib.

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan şərq-qərb marşrutunda Xəzərdən keçməklə Orta Dəhlizin inkişafına yaranan ehtiyacın daha da artdığına işarə edərək iki ölkə arasında nəqliyyat sahəsində tam sərbəstliyin yaradılmasının zərurətinin ortaya çıxdığını, bu məsələdə təsirli addımlar atmağın faydalı olacağını ifadə edib.

Prezidentlər eyni zamanda qarşılıqlı olaraq Ramazan təbriklərini də çatdırıblar.



Әlaqәli Xәbәrlәr