Hulusi Akar ilə Oleksi Reznikov arasında telefon danışığı olub

Milli müdafiə naziri Hulusi Akar ilə Ukraynanın müdafiə naziri Oleksi Reznikov arasında telefon danışığı olub.

1806579
Hulusi Akar ilə Oleksi Reznikov arasında telefon danışığı olub

Milli müdafiə naziri Hulusi Akar ilə Ukraynanın müdafiə naziri Oleksi Reznikov arasında telefon danışığı olub.

Bu barədə Milli Müdafiə Nazirliyindən bildirilib.

Danışıq zamanı Ukraynanın Mariupol şəhərindən əhalinin təxliyəsi və humanitar yardımın çatdırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Akar insan tələfatının artmaması üçün bir an əvvəl atəşkəsin elan edilməsi, eləcə də mülki əhalinin təxliyəsi üçün humanitar dəhlizlərin açıq saxlanmasının vacibliyini vurğulayıb.

Hulusi Akar bir daha bildirilib ki, Türkiye Ukraynaya humanitar yardım baxımından üzərinə düşəni etməyə davam edəcək.



Әlaqәli Xәbәrlәr